Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

3 may 2023

17:54:00
1362434

Politico: Kiyev Pentaqonun məxfi sənədlərinin sızması səbəbindən əks-hücumun təfərrüatlarını müttəfiqlərindən gizlədir

Ukraynada belə ehtiyatlılığın səbəblərindən biri Pentaqonun sənədlərinin, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin mövqeləri, silah anbarları və itkiləri haqqında məlumatların üçüncü tərəfə sızması olub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ukrayna hakimiyyəti əks-hücum planlarını ABŞ-la bölüşməkdən imtina edib.

Ukraynaya görə, məxfi məlumatların açıqlanması döyüş meydanında düzəlməz nəticələrə gətirib çıxara bilər.

Bu barədə “Politico” Aİ-dəki öz mənbələrinə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Kiyev əks-hücumun vaxtı və yeri, habelə hücuma cəlb edilməsi planlaşdırılan hərbçilərin sayı barədə məlumat paylaşmır.

Mənbələrin Politico-ya verdiyi məlumata görə, Ukraynada belə ehtiyatlılığın səbəblərindən biri Pentaqonun sənədlərinin, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin mövqeləri, silah anbarları və itkiləri haqqında məlumatların üçüncü tərəfə sızması olub.

Qeyd edək ki, Pentaqondan sirrli məlumatların İran İslam Respublikası və Rusiya Federasiyası Kəşfiyyat Qüvvələrinə sızılması ilk dəfə deyildir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!