Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ابناABNA Xəbər Agentliyi
çərşənbə

3 may 2023

17:12:19
1362429

Leninqrad vilayətinin Qostilitsı kəndindəki hava limanında Yanğın baş verib

İlkin məlumata görə, helikopterləri təxliyyə etmək mümkün olub. Yanğın tez bir zamanda söndürülüb, itkilər barədə hələlik məlumat yoxdur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Leninqrad vilayətinin Qostilitsı kəndində hava limanında yanğın baş verib.

Rusiya Federsiyası Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən RBC-yə verilən məlumata görə, yanğın barədə məlumat saat 7:00 radələrində daxil olub.

Yanğın gecə saatlarında, Rusiyanın Şimal-Qərbində ən böyük aerodromun yerləşdiyi Leninqrad vilayətinin Qostilitsı kəndində helikopterlərin yerləşdiyi anqarlarda baş verib.

İlkin məlumata görə, helikopterləri təxliyyə etmək mümkün olub. Yanğın tez bir zamanda söndürülüb, itkilər barədə hələlik məlumat yoxdur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!