Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

3 may 2023

16:05:00
1362419

FSB Krımda silsilə terror aktları planlaşdıran Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agentlərini ələ keçirdi

Krım liderlərinə qarşı sui-qəsdin təşkilatçısı Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Maşovetsdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiyanın Federal təhlükəsizlik Xidməti-FSB Krımda silsilə terror aktları planlaşdıran Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agentlərini üzə çıxarıb.

Terror olunacaq şəxslər sırasında Krımın rəhbəri Sergey Aksyonov, parlamentin spikeri Vladimir Konstantinov, Yalta şəhərinin meri Yanina Pavlenko və yarımadanın nəqliyyat infrastrukturu olub.

Krım liderlərinə qarşı sui-qəsdin təşkilatçısı Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Maşovetsdir.

Dünya xalqları arasında savaş toxumunu səpməkdə ustad olan Britaniyanın partlayıcı maddələrinin və partlayıcı qurğuların komponentlərinin Ukraynadan Rusiya Federasiyasına tədarükü kanalı FSB tərəfindən bağlanıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!