Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

3 may 2023

15:50:00
1362414

Ukrayna Silahlı Qüvvələri Dnestryanı Moldav Respublikasına qarşı silahlı hücuma keçir

Məlumata görə, U.S.Q-larının ilk öncə Tiraspol istiqamətində irəliləməyi, ikinci növbədə isə Kolbasna kəndindəki sursat anbarlarını ələ keçirməyə cəhd edəcəkləri gözlənilir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri Dnestryanı Moldav Respublikasına qarşı təxribat hazırlamaq üçün Odessa vilayətinə 4 minə qədər hərbçi yerləşdirib.

Bu barədə Rusiyanın RT xəbər agentliyi məlumat yayıb.

Dnestryanı Moldav Respublikasından verilən məlumata görə, Mayın 9-dan mayın 15-dək Ukrayna Silahlı Qüvvələrinin bir qrupu rus qoşunlarını yayındırmaq üçün silahlı təxribata başlayacaqlar. Belə ki, ilk öncə U.S.Q-larının Tiraspol istiqamətində irəliləməyi, ikinci növbədə isə Kolbasna kəndindəki sursat anbarlarını ələ keçirməyə cəhd edəcəkləri gözlənilir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!