Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İnterpress xarici mediaya istinadən
çərşənbə axşamı

2 may 2023

20:00:00
1362092

Keniyada hökumət əleyhinə etirazçılar həftələrdən sonra yenidən küçələrə çıxıb

Küçələri nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər ərzaq, yanacaq və istehlak mallarında bahalaşmanın dayandırılmasını istəyirlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Keniyada müxalifət koalisiyası yaşayış xərcləri və hökumətlə seçki mübahisəsinə görə həftələr sonra nümayişlərini bərpa edib.

Paytaxt Nayrobi küçələrini dolduran müxtəlif qruplar polisin gözyaşardıcı qazla müdaxiləsinə daşla cavab verib.

Nümayişlər zamanı bəzi avtomobillər yandırılsa da, bəzi yerlərdə qarətlər baş verib.

Küçələri nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər ərzaq, yanacaq və istehlak mallarında bahalaşmanın dayandırılmasını istəyirlər.

Digər tərəfdən, prezidentliyə müraciət etmək üçün gedən bir qrup müxalifət deputatına polis gözyaşardıcı qazla cavab verib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!