Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

2 may 2023

18:30:00
1362060

ABŞ-ın Avropa Komandanlığının rəhbəri general K. Kavoli Rusiyanın NATO ilə müharibədə qələbəsinə etiraf etdi- Video

Kristofer Kavoli: “Rusiya çox güman ki, öz ordusunu daha böyük və bacarıqlı qüvvəyə çevirəcək və yaxın gələcəkdə ABŞ və Avropanın maraqlarına meydan oxuyacaq”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Rusiya Ukraynada qalib gəlir və Rusiya silahlı qüvvələrinin əksəriyyəti xəsarət almayıb.”

Bunu ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Kristofer Kavoli deyib.

O qeyd edib ki, R.F. Silahlı Qüvvələrinin vəziyyətinin qiymətləndirilməsi ayrı-ayrı KİV tərəfindən ciddi şəkildə təhrif edilib.

Kavolinin sözlərinə görə, quruda “itkilər olsa” da, Rusiya hava, dəniz, kosmos və strateji qüvvələrinə ciddi ziyan dəyməyib.

“Rusiya çox güman ki, öz ordusunu daha böyük və bacarıqlı qüvvəyə çevirəcək və yaxın gələcəkdə ABŞ və Avropanın maraqlarına meydan oxuyacaq”-, deyə Kavoli yekunlaşdırıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!