Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

2 may 2023

14:22:54
1362029

İngiltərədə monarxiyaya qarşı müxalifət ən yüksək səviyyəyə çatıb

İngiltərənin yeni kralı Çarlzın tacqoyma mərasiminin yaxınlaşması ilə bu ölkədə monarxiya sisteminə qarşı müxalifət ən yüksək səviyyəyə çatıb.

 SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin yeni kralı və kraliça taxtının varisi Çarlzın tacqoyma mərasiminə geniş hazırlıq getdiyi bir vaxtda bu ölkədə aylar əvvəl və İngiltərə kralının səfərləri zamanı üzə çıxan monarxiya sisteminə qarşı müxalifət də ən yüksək səviyyəyə qalxıb. Guardian qəzeti bu haqda yazıb: "Monarxiyaya qarşı olanlar bu sistemi dinc şəkildə devirmək niyyətindədirlər".

İngiltərədə krallıq sistemi əleyhdarları deyirlər ki, İngiltərə kralına yumurta atmaq, onun müxtəlif səfərlərdə olmasına etiraz etmək bu ailəyə qarşı müxalifətin getdikcə artdığını göstərir, çünki onun anası Kraliça ikinci Elizabetə qarşı belə bir müxalifət görünməyib. Həmçinin bu ölkədə xüsusilə gənclər arasında monarxiyaya dəstək azalıb və 18-24 yaşlı gənclərin təxminən 40%-i monarxiyanın əleyhinədir.

İngiltərədəki respublikaçılar indi kral ailəsinin təxminən 16 milyard funt-sterlinq sərvətini və quldarlıqdan və qul ticarətindən əldə etdiyi böyük mirasları dərc etməklə ictimaiyyəti bu sistemin vəziyyətindən xəbərdar etməyə çalışırlar. YouGov-un apardığı son sorğusunun nəticələrinə görə, britaniyalıların yalnız 32%-i İngiltərə kralının tacqoyma mərasiminin xərclərinin vergi ödəyiciləri tərəfindən ödənilməsi ilə razıdır.

İngiltərədəki krallıq sisteminin əleyhdarları may ayında Kral Çarlzın tacqoyma mərasimi ilə eyni vaxtda Londonda və İngiltərənin bir sıra digər şəhərlərində krallıq əleyhinə nümayişlər keçirəcəklərini açıqlayıblar.

342/