Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

30 aprel 2023

09:20:00
1361552

Merkel Almaniya cəmiyyətində parçalanmaqda günahkar olduğunu etiraf edib

Angela Merkel Almaniya kansleri kimi verdiyi bəzi qərarların cəmiyyətdə parçalanmaya səbəb olduğunu etiraf edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Angela Merkel Almaniya kansleri kimi verdiyi bəzi qərarların cəmiyyətdə parçalanmaya səbəb olduğunu etiraf edib.

TASS agentliyinin verdiyi məlumata görə, o, bu barədə şənbə günü “Die Zeit” nəşrinə müsahibəsində bildirib.

"Siyasətdə Almaniyada fikir ayrılıqlarına səbəb olan vəziyyətlərlə qarşılaşmalı oldum", - Merkel deyib.

O, 2015-ci ildə Avropa miqrant böhranı zamanı suriyalı qaçqınlar üçün sərhədləri bağlamamaq qərarını nümunə kimi göstərib.

Keçmiş hökumət başçısı bunun mübahisələrə səbəb olduğunu etiraf edib. "Ancaq buna görə humanitar əsaslarla verdiyim qərarları ləğv edə bilməzdim", - deyə bildirib.

 



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!