Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

30 aprel 2023

08:21:00
1361541

G7 ölkələri süni intellektdən məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılaşır

“Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - nazirlərin bəyanatında deyilir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yeddilik Qrupu (G7) ölkələri süni intellektin tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.

Bu barədə bazar günü yayılan G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Yaponiyanın Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilir.

Sənəddə göstərilən məqamlar aşağıdakılardır:

Qanunun aliliyi, qanuni prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmət.

“Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - nazirlərin bəyanatında deyilir.

İclasın gündəliyinə süni intellektdən istifadə ilə bağlı məsələlərin daxil edilməsi qərarı onlara əsaslanan bu cür texnologiya və xidmətlərin, məsələn, ChatGPT çat botunun populyarlığının artması ilə bağlıdır.

Bununla əlaqədar olaraq, G7 ölkələri qərəz və dezinformasiyanın, müəllif hüquqlarının pozulmasının və süni intellektin digər zərərli istifadələrinin yayılmasının qarşısını almaq yollarını araşdırır.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!