Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

30 aprel 2023

07:45:00
1361535

Alimlər xərçəngə qarşı peyvəndin cari onillikdə hazır olacağını bildiriblər

Oksford alimi xərçəngə qarşı peyvəndin 2030-cu ilə qədər mövcud olacağını söyləyib

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq.

Bunu Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok deyib.

"İndi müxtəlif yanaşma və strategiyalara malik ən azı 10 şirkət və akademik departamentin iştirak etdiyi bir yarış var" alim bunu bazar günü İspaniyanın El Nundo qəzetinə müsahibəsində deyib.

“Zamanla biz bu yanaşmaların hər birinin faydalarının nə olduğunu, hansı metodların ən yaxşı işlədiyini və ən yaxşı xəstə baxımını təmin etmək üçün onların necə birləşdirilə biləcəyini görəcəyik. Artıq tədqiqatın orta mərhələsində olan bəzi variantlar var”, - Kvok izah edib.

Onun fikrincə, “bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq”.

"Düşünürəm ki, bizim öz peyvəndimiz bu tarixdən əvvəl ortaya çıxacaq" – alim deyib.

 


 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!