Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

30 aprel 2023

07:30:00
1361531

Mercedes-Benz elektromobillərin inkişafına yönəltmək planlarını təsdiqlədi

Brend daxili yanma mühərriklərinə sərmayəni üç il ərzində beş dəfə azaldacaq

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Mercedes-Benz şirkəti üç il ərzində daxili yanma mühərriklərinə investisiyaları beş dəfə azaldacaq.

Bu barədə brendin baş direktoru Ola Kallenius Almaniya mətbuatına geniş müsahibə verib və konsernin əsas prioritetlərini açıqlayıb.

Top menecer Mercedes-Benz-in diqqətini "təmiz" elektromobillərin inkişafına yönəltmək planlarını təsdiqləyib.

Məlumata görə, şirkət daxili yanma mühərrikləri Avro-7 eko-standartına uyğunlaşdırılacaq, lakin 2026-cı ilə qədər Mercedes-Benz yanacaq vahidlərinə investisiyaları 80 faiz azaldacaq.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!