Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

29 aprel 2023

18:48:00
1361418

Marionet Zelenski Rusiya ilə müharibənin onilliklərlə davam edəcəyini bildirib

O, Ukraniya xalqının genafondunu tamamilə məhv etmək məqsədi ilə Ukraniyanın NATO işğalçı alyansı ilə Rusiya Federasiyası arasında müharibə paliqonu kimi qalmaqda davam etməsinə işarə edərək deyib: “Hazırda Ukraynaya digər ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ-ın Ukrayna üzrə marionet prezidenti Vladimir Zelenski Finlandiyanın “Yleisradio Oy” (YLE) radiosuna müsahibəsində deyib: “Müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.”

Zelenski ordunun əks-hücum əməliyyatlarına hazırlığını şərh edərkən vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindəki silahların sayı əhəmiyyət kəsb edir:

“Eyni zamanda, işğalçılar ruh yüksəkliyini itirir və geri çəkilmənin nəticələrindən qorxurlar”.

Zelenski müharibədə uğur qazanacaqlarına “ümid etməsinə” baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyi barədə xəbərdarlıq edib.

O, Ukraniya xalqının genafondunu tamamilə məhv etmək məqsədi ilə Ukraniyanın NATO işğalçı alyansı ilə Rusiya Federasiyası arasında müharibə paliqonu kimi qalmaqda davam etməsinə işarə edərək deyib:

“Hazırda Ukraynaya digər ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!