Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

29 aprel 2023

18:05:00
1361412

Ukraynanın Xerson vilayətində əhalinin təxliyəsinə hazırlıq işləri görülür

Qeyd edək ki, yaxın günlərdə Xerson əyalətinin şimal hissəsinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin yenidən nəzarətinə keçəcəyi gözlənilir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ukraynanın Xerson vilayətində əhalinin təxliyəsinə hazırlıq işləri görülür.

Bu barədə Xersin vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin videomüraciətində deyilir.

“Hörmətli Xerson vilayətinin sakinləri! Son günlər düşmənin təkcə Xerson vilayətini deyil, bütün Ukraynanı atəşə tutduğunun şahidi olduq. Xersonluların həlak olmasına yol verə bilmərəm. Odur ki, bölgənin kütləvi atəşə tutulacağı təqdirdə mülki əhalinin təxliyə yollarını əvvəlcədən işləyib hazırlamaq tapşırığını vermişəm”, - deyə Prokudin muraciətində vurğulayıb.

Qeyd edək ki, yaxın günlərdə Xerson əyalətinin şimal hissəsinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin yenidən nəzarətinə keçəcəyi gözlənilir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!