Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
cümə axşamı

27 aprel 2023

09:25:00
1360887

Çin və Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşü keçirilib

Eyni zamanda, tərəflər regional və qlobal gündəlikdəki mühüm məsələləri, o cümlədən ŞƏT çərçivəsində əməkdaşlıq və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib.

Görüşdə Çin Dövlət Şurasının üzvü, xarici işlər naziri Qin Qanq, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, Qırğızıstanın xarici işlər naziri Yeenbek Kulubayev, Tacikistanın xarici işlər naziri Siroyiddin Muhriddin, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov və Türkmənistanın xarici işlər nazirinin birinci müavini Vera Hacıyev iştirak edib.

Görüşdə xarici işlər nazirləri 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya – Çin” Dövlət Başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda, tərəflər regional və qlobal gündəlikdəki mühüm məsələləri, o cümlədən ŞƏT çərçivəsində əməkdaşlıq və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!