Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sputnik
cümə axşamı

27 aprel 2023

08:30:00
1360874

NATO-nun dronları Sevastopola doğru can atırlar: Rusiya buna necə cavab verəcək?

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Qara dəniz təşəbbüsü"nün həyata keçirilməsi üçün Ukraynanın ekipajsız yüksəksürətli katerləri müəyyən edilmiş Odessa limanından suya buraxılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ gələcəyin "çoxdomenli" münaqişələrinə hazırlıq üçün Ukrayna hərbi əməliyyat teatrından istifadə edir - onlar NATO-nun kəşfiyyat, rabitə və naviqasiya sistemləri ilə inteqrasiyada dronların havada və dənizdə döyüş istifadəsi texnologiyalarını tətbiq edirlər.

Qərb və Rusiya arasında proksi müharibədə marionet Ukrayna Silahlı Qüvvələri (USQ) yalnız xərclənən material kimi xidmət edir.

Aprelin 24-nə keçən gecə qərb istehsalı olan USQ-nin üç suüstü dronu Sevastopola keçməyə cəhd edib və Rusiya Qara Dəniz Donanmasının qüvvələri və vasitələri ilə xarici reyddə məhv edilib. "Kamikadze" Streletskaya körfəzinə keçə bilməyib. Güclü partlayışlardan insanlar və liman obyektləri zərər görməyiblər (dörd yaşayış binasında pəncərə şüşələri qırılıb).

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Qara dəniz təşəbbüsü"nün həyata keçirilməsi üçün Ukraynanın ekipajsız yüksəksürətli katerləri müəyyən edilmiş Odessa limanından suya buraxılıb. Dəniz zərbə kamikadze-dronları Ukraynadan kənd təsərrüfatı məhsullarının humanitar ixracı üçün yaradılmış "taxıl dəhlizi" ərazisində yerləşdirilib. Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə qarşı analoji hücumdan sonra Rusiya 29 oktyabr 2022-ci ildə Ukrayna kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb. "Taxıl dəhlizi" yalnız Türkiyə Respublikasının yazılı təhlükəsizlik zəmanətindən sonra işə başlayıb. İndi zəmanətlərin kömək etməyəcəyi aydın görünür.

Dəniz kamikadze-dronu Stels texnologiyasının tətbiqi ilə radarın görünməsini azaltmaq üçün hazırlanmış muxtar yüksəksürətli katerdir (sürət - saatda 70 km-dən çox). Göyərətəsində müşahidə avadanlığı, naviqasiya və çoxlu sayda partlayıcı maddə daşıyır. Sevastopol yaxınlığında pilotsuz zərbələrin teatral təcrübəsi ikinci ildir ki, davam edir. Dəniz dronlarının əsas istehsalçıları və təchizatçıları - amerikalılar və ingilislər pərdə arxasında gizlənirlər. Ukraynada müvafiq texnologiyalar yoxdur, USQ operatorları britaniyalı mütəxəssislər tərəfindən hazırlanır. Dəniz yolu ilə Odessadan Sevastopola qədər olan məsafə təxminən 300 km-dir, dar Streletskaya buxtasında gecə naviqasiya və hədəf təyinetmə çətinliyindən danışmıram heç (hədəf - 420 metr). Burada Pentaqon və NATO "işıqlanıb".

Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov bu yaxınlarda Ukraynanın yaxın tarixdə "əhəmiyyətli döyüşə" yaxınlaşdığını bildirib. Və o, 1991-ci il sərhədləri daxilində "kifayət qədər ərazinin" qarşıdakı əks-hücum zamanı güc yolu ilə geri qaytarılacağını vəd edib. Pentaqonun ukraynalı marionetləri ənənəvi olaraq öz acınacaqlı rollarını səs-küylü terror hücumları və ya "informasiya müharibəsi" (faydasız demaqogiya) ilə bəzəməyə çalışırlar.

Vaşinqtondakı rəsmilər ABŞ-ın Sevastopola hücumda kömək etmədiyini və USQ-yə onun təşkili üçün kəşfiyyat məlumatları vermədiyini proqnozlaşdıracaqlar. Lakin hələ 2022-ci ilin aprelində Pentaqonun mətbuat katibi Con Kirbi "müxtəlif sahil müdafiəsi vəzifələrini" həll etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatlarından Ukraynaya eksperimental suüstü dronların göndərilməsindən danışıb. Aydındır ki, bu cür aparatlar üçün ciddi dəstək sistemləri və mütəxəssislər lzaımdır. Sevastopolun Streletskaya körfəzindəki Ukrayna Silahlı Qüvvələrinə məxsus dəniz dronlarının qalıqları Rusiya rəhbərliyinə düzgün və qəti qərar verməyə imkan verir. Təcavüzkarın sərt şəkildə cəzalandırılması Rusiya əhalisinin və ərazisinin etibarlı müdafiəsi üçün zəruri və kifayət qədər şərtdir. Ruisya Silahlı Qüvvələrinin Baş Qərargahında geniş alətlər və seçimlər var.

Rusiya Hərbi Dəniz Qüvvələrinin bazalarının mühafizəsi və müdafiəsi xüsusiyyətləri - eşelonlaşdırılmış üzən maneələr, akustik stansiyalar və anti-təxribat xidmətinin müşahidə məntəqələri demək olar ki, gəmilərə və obyektlərə düşmənin irəliləməsinə şansı vermir. Buna görə də Ukrayna hərbi teatrı ABŞ və NATO hərbi-sənaye kompleksinin eksperimental məhsullarının sınaqdan keçirilməsi üçün ideal (yüksək texnologiyalı) sınaq meydançasıdır. Amerika və İngiltərənin Qara dəniz bölgəsində "yalançı bayraq" (USQ) əməliyyatları şübhəsiz ki, davam edəcək.

ABŞ Hərbi Dəniz Qüvvələri döyüş əməliyyatlarında çoxdomenli əməliyyatlar konsepsiyası həyata keçirmək məqsədi ilə (ABŞ-ın Avropadakı müttəfiqləri çox geridə qalıb) "Sea Hunter" və ya "Remus" tipli yerüstü və sualtı robot aparatlarının inkişafına fəal şəkildə kömək edir. "Yaşayış" gəmilərinin texniki vəziyyəti çox arzuolunmazdır, təyyarə daşıyıcılarının təmiri çox baha başa gəlir. ABŞ admiralları donanmada yüzlərlə pilotsuz gəminin - səmərəli, ucuz və praktiki olaraq birdəfəlik istifadı olan gəmilərin olmasını xəyal edirlər.

Bu yaxınlarda keçirilən "Digital Horizon" təlimi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri akvatoriyada məlumatları tez bir zamanda toplamaq və onları komanda mərkəzlərinə ötürmək üçün pilotsuz sistemlərdən ibarət "tor şəbəkə" adlanan bir sistem yerləşdirib. Dronlar ABŞ-ın "idarə olunan" esminesi üçün 100 dəniz mili uzunluğunda radiolokasiya görünməzlik zonası yaradıbar. Süni intellektin istifadəsi bir operatora bir neçə avtonom texnikanı idarə etməyə imkan verib.

ABŞ hərbi komandanlığının qarşıdakı onilliklər üçün planlarına dəniz sahəsinə nəzarətin gücləndirilməsi daxildir, Hərbi Dəniz Qüvvələri 2024-cü ilin sonuna kimi dronlara 4,5 milyard dollar xərcləmək niyyətindədir. Təxminən 140 ton yerdəyişmə qabiliyyətinə malik ən məşhur "Sea Hunter" dronu üç ay ərzində sahil akvatoriyasına gecə-gündüz nəzarət edə bilir. 12.000 km-ə qədər məsafədə və 3.000 metrə qədər dərinlikdə (sualtı və yerüstü gəmi ovçusu, radioelektron mübarizə mütəxəssisi və kəşfiyyatçı) növbətçilik üçün nəzərdə tutulmuş böyük sualtı dizel-elektrik dronu Orca-nın inkişafı tamamlanır.

Bununla belə, gəmilərin sayına görə ABŞ Hərbi Dəniz Qüvvələri dünyada yalnız 4-cü yeri tutur. İlk üçlüyə Çin, Rusiya və Şimali Koreya daxildir və yalnız bu üç ölkədə hipersəs raketləri var. Pentaqonda ABŞ və NATO-nun Rusiya (Çin) ilə dənizdə birbaşa hərbi toqquşma ehtimalının artması müttəfiqlər koalisiyasının (Finlandiya, İsveç, Avstraliya) genişlənməsi, yəni məsuliyyətin "sahələr üzrə" paylanması (bulanması) ilə kompensasiya olunmağa çalışır. Belə bir vəziyyətdə Rusiya Hərbi Dəniz Qüvvələri öz pilotsuz təyyarələri və zərbə potensialından utanmamalıdır. Bəlkə də "Poseydon" tipli avtonom pilotsuz aparatların "təlim" istifadəsini təcrübə etməliyik.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!