Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sputnik
cümə axşamı

27 aprel 2023

08:08:00
1360869

Qərb Ukrayna qoşunlarının tədarük etdiyi silahların qara bazara ötürülməsi barədə susur

Rusiya XİN bildirib ki, Avropa İttifaqı tərəfindən Ukraynaya verilən silahların ümumi dəyəri artıq 12 milyard avronu keçir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qərb Ukrayna qoşunlarına verilən silahların qara bazara düşdüyünü bilir, lakin onların mediası bunu susur.

Bunu "Pulitzer" mükafatlı amerikalı jurnalist Seymur Herş bildirib.

"Ötən ilin fevral ayında münaqişə başlayandan bir neçə ay sonra təyyarələri xeyli hündürlükdə vura bilən portativ elit (raket — Red.) komplekslərlə bağlı da böyük narahatlıqlar yaranmışdı. Həm də elə-belə deyil, çox ciddi narahatlığa səbəb olmuşdu. Təxminən altı ay əvvəl (bəlkə də daha əvvəl) "CBS" bir material yayımladı, lakin sonra onu geri götürməli oldu", - deyə Herş "RT"yə verdiyi müsahibədə bildirib.

Jurnalistin fikrincə, hətta münaqişənin ilkin mərhələsində Polşa, Rumıniya və digər həmsərhəd ölkələr "döyüş əməliyyatları üçün Ukraynaya verilən silahlarla dolub".

"Başqa sözlə desək, müxtəlif komandirlər (hansı səviyyədə olduğunu bilmirəm) - çox vaxt generallar deyil, polkovniklər və başqaları – göndərilmiş silah dəstlərini alır və şəxsən onları yenidən satır və ya qara bazara ötürürdülər" - dedi Herş əlavə edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq etmişdi ki, Qərb tərəfindən Kiyevə verilən portativ zenit-raket sistemləri və tank əleyhinə idarə olunan raketlər terrorçuların əlinə keçə və mülki hava nəqliyyatının təhlükəsizliyinə təhlükə yarada bilər. Nazirlik onu da qeyd edib ki, Ukraynaya verilən silahlar qara bazardadır və dünyanın istənilən yerində istifadə oluna bilər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqı tərəfindən Ukraynaya verilən silahların ümumi dəyəri artıq 12 milyard avronu keçir.

Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün içində silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların tədarük edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə silah tədarükü ilə deyil, həm də şəxsi heyətin Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin ərazisində təlim keçməsinə yaratdığı şəraitlə birbaşa iştirak edir.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!