Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sputnik
cümə axşamı

27 aprel 2023

07:46:00
1360864

Volodin Baydeni "Şimal axını"ndakı terror aktında ittiham edib

Partlayışlar 2022-ci il sentyabrın 26-da Rusiyanın Avropaya iki ixrac qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"də eyni zamanda baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib:

“"Şimal axını"ndakı terror aktı, Ukraynada dinc əhalinin soyqırımı və Avropa iqtisadiyyatının məhvi ABŞ Prezidenti Co Baydenin cinayətləridir.”

Bundan əvvəl Bayden "başladığı işi başa çatdırmaq" üçün ikinci müddətə namizədliyini irəli sürdüyünü rəsmən bildirib.

Baydenin 2024-cü il prezidentlik yarışında iştirakı ilə bağlı açıqlamalarına münasibət bildirən Volodin qeyd edib ki, buna səbəb ABŞ-ın hazırkı rəhbərinin yuxarıda sadaladığı cinayətlərinə görə məsuliyyətdən yayınmaq istəyidir.

Partlayışlar 2022-ci il sentyabrın 26-da Rusiyanın Avropaya iki ixrac qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"də eyni zamanda baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər.

"Şimal axını"nın operatoru olan "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.

Amerikalı jurnalist, "Pulitzer" mükafatı laureatı Seymur Herş fevralın 8-də "Şimal axını" partlayışları ilə bağlı araşdırmasını dərc edib. Həmin araşdırmada o, mənbəyə istinadən bildirib ki, Rusiya qaz kəmərləri altında partlayıcı qurğular 2022-ci ilin iyun ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən "Baltops" təlimləri bəhanəsi ilə norveçli mütəxəssislərin dəstəyi ilə qoyulub.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!