Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
çərşənbə

26 aprel 2023

18:39:00
1360789

Amerikalı general Kristofer Kavoli: Ukrayna əks-hücum üçün silahları vaxtında alacaq

NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib ki, vəd edilmiş hərbi texnikanın 98%-dən çoxu artıq Kiyevə çatdırılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ukrayna əks-hücum əməliyyatını vaxtında həyata keçirmək üçün Qərb silahlarını alacaq.

Bu barədə NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən general Kiyevin “hücum əməliyyatını həyata keçirmək üçün lazım olan bütün silahları vaxtında alacaqmı” sualına müsbət cavab verib.

"Bəli. Biz ukraynalı həmkarlarımızla bu hücum üçün onlara nə qədər material lazım olacağı barədə danışmışıq. Mən tam əminəm ki, biz onlara lazım olan materialı çatdırmışıq və onların əməliyyatlarını dəstəkləmək üçün çatdırmağa davam edəcəyik", - Kavoli bildirib.

General onu da bildirib ki, vəd edilmiş hərbi texnikanın 98%-dən çoxu artıq Kiyevə çatdırılıb.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!