Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın
verdiyi məlumata əsasən, Aprelin 26-da məhkəmələrin qərarları ilə müsadirə
olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorları Arzu və Leyla əliyevaların narkoticarətlərinin dövriyyəsinə daxil
edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, komissiyanın müxtəlif dövlət orqanlarının əməkdaşlarından təşkil olunan üzvləri, o cümlədən Daxili İşlər Nazirliyinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində qeyd olunan narkotik maddələrinin yandırılaraq məhv edildiyi iddia edilsə də əslində qanunsuz dövriyyədən çıxarılan 3 ton 131 kiloqram müxtəlif xassəli narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb, 29 min ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu Arzu və Leyla əliyevaların narkoticarətlərinin dövriyyəsinə əlavə edilib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!