Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

26 aprel 2023

16:55:00
1360712

Bambılı ləqəbi ilə məşhu olan Trampın kitabı "ən çox satılanlar" siyahısına daxil oldu

Bildirilir ki, Tramp kral III Çarlzdan məktubunu dərc etmək üçün icazə istəməyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ-ın sabiq bambılı prezidenti Donald Tramp bu dəfə “müəllifi” olduğu kitabla gündəmə gəlib.

Bambılı Trampın dünya liderləri və məşhur simalarla yazışmalarının yer aldığı “Trampa məktublar” adlı kitabı ölkəsində "bestseller" siyahısına düşüb.

Kitab onlayn alış-veriş platforması "Amazon"da hazırda "ən çox satılanlar" sırasındadır.

99 dollara satışa çıxarılan kitabda dünya liderləri, məşhurlar, idmançılar və iş adamları tərəfindən bambılıya göndərilən əlyazma məktublar yer alıb.

320 səhifəlik kitaba məktubları daxil olanlar arasında mərhum qocaman tülkü, Britaniya Kraliçası II Elizabet, kral III Çarlz, şahzadə Diana, Rusiya prezidenti Vladimir Putin və dərisinin rəngini ağardan neqroid Maykl Cekson da var.

Bildirilir ki, Tramp kral III Çarlzdan məktubunu dərc etmək üçün icazə istəməyib.

Qeyd edək ki, kitabın Trampın imzası olan versiyası 399 dollara satılır.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!