Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

26 aprel 2023

16:44:38
1360692

Lavrov: "Nüvə sazişini canlandırmaq fürsətini əldən vermək böyük səhvdir"

Rusiyanın xarici işlər naziri deyib: "Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan İranın nüvə sazişini canlandırmaq fürsətini əldən vermək "böyük səhv" olacaq".

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasından sonra mətbuat konfransında "nüvə sazişi ölübmü" sualının cavabında deyib: "Nüvə sazişini canlandırmaq fürsətini əldən vermək "böyük səhv" olacaq. Xüsusilə də Qərbi Asiyada münasibətlərin normallaşdığı bir vaxtda".

Lavrov əlavə edib: "İndiki mərhələdə sazişin bərpası nə İrandan, nə Rusiyadan, nə də Çindən asılı deyil. Onu məhv edənlər indi onu yenidən həyata qaytarmalıdırlar".

Lavrov daha sonra Çinin vasitəçiliyi ilə yeddi ildən sonra İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin normallaşmasına toxunaraq, bunun konstruktiv proses olduğunu deyib.

342/