Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Trend TurkicWorld-a istinadən
çərşənbə axşamı

25 aprel 2023

15:50:00
1360485

İngiltərədə diktator Kral III Çarlzın tacqoyma mərasiminə etiraz aksiyası keçiriləcək

İngiltərənin rəy araşdırma şirkəti Angus Reid 2 min 103 kanadalı arasında monarxiya və kral ailəsi ilə bağlı keçirtdiyi sorğuda iştirak edənlərin 63 faizi Kral III Çarlz adına and içməyə, pulların əskinazların üstündə onun şəklinin olmasına etiraz edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İngiltərədə anti-monarxiyaçılar, diktator Kral III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasiminə etiraz etməyə hazırlaşır.

İngiltərənin rəy araşdırma şirkəti Angus Reid 2 min 103 kanadalı arasında monarxiya və kral ailəsi ilə bağlı sorğu keçirib.

Məlumata əsasən, sorğuda iştirak edənlərin 63 faizi Kral III Çarlz adına and içməyə, pulların əskinazların üstündə onun şəklinin olmasına etiraz edib.

Qeyd edək ki, Kral III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı tarixi Westminster Abbey kilsəsində keçiriləcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!