Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

25 aprel 2023

15:15:00
1360480

Moskvada Rusiya-İran-Suriya-Türkiyə dördtərəfli görüşü keçirilib

Görüşdə Suriyadakı təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya əlaqələrinin normallaşdırılması istiqamətində atıla biləcək real addımlar, Suriya torpaqlarında Türkiyənin dəstək verdiyi və maliyyələşdirdiyi terror təşkilatları ilə mübarizə, suriyalı qaçqınların qayıdışına dair səylərin artırılması və regional təhlükəsizlik məsələləri müzakirə olunub...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya müdafiə naziri Sergey Şoygu, İran İslam Respublikasının müdafiə naziri Muhəmmad Rza Aştiyani, Suriya müdafiə naziri Ali Mahmud Abbas, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və eyni zamanda, Rusiya, İİR, Suriya və Türkiyə kəşfiyyat xidmətlərinin rəhbərləri ilə 25 apreldə Moskvada görüşüblər.

Görüşdə Suriyadakı təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya əlaqələrinin normallaşdırılması istiqamətində atıla biləcək real addımlar, Suriya torpaqlarında Türkiyənin dəstək verdiyi və maliyyələşdirdiyi terror təşkilatları ilə mübarizə, suriyalı qaçqınların qayıdışına dair səylərin artırılması müzakirə olunub.

Tərəflər Suriyanın ərazi bütövlüyünə hörmət etdiklərini təsdiq ediblər. Konstruktiv məcrada keçən görüşün nəticəsində Suriyada və bir bölgədə sabitliyin təmin edilməsi və dördtərəfli formatdakı toplantıların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Müdafiə nazirliklərinin rəhbərləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini xüsusilə vurğulayıblar.

Həmçinin Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu iranlı suriyalı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparıb

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə olunub.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!