Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka səfərdə Rusiya nümayəndə heyətinin tərkibində olan rusiyalı jurnalistlərə ABŞ vizasının verilməməsini xoşagəlməz davranışı adlandırıb və bildirib ki, Vaşinqton beynəlxalq qanunlara zidd olan bu addımı ata bilməz.
Rusiya 2023-cü il aprelin birindən BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb.
Sergey Lavrov bu gün Nyu-Yorka daxil olub. Sabah onun sədrliyi ilə BMT TŞ-nin sessiyası keçiriləcək.
342/