Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

24 aprel 2023

21:23:08
1360253

Adam Şiff Qarabağın müstəqilliyini tanıyan qanun layihəsi hazırlayıb

ABŞ konqresmeni Adam Şiff Dağlıq Qarabağın müstəqilliyini tanıyan qanun layihəsi hazırlayıb.

A.Şiff deyib ki, o, sabah Dağlıq Qarabağın müstəqilliyini və öz müqəddəratını təyinetmə hüququnu tanıyan və Azərbaycanın təcavüzünü pisləyən qanun layihəsini Nümayəndələr Palatasına təqdim edəcək.

Konqresmen deyib: “Mən çox narahatam ki, Azərbaycan Artsaxa və Ermənistana qarşı müharibə planlaşdırır. Düşünürəm ki, bu, Bakıdakı diktatora güclü mesaj olacaq ki, Konqres ikipartiyalı əsasda Artsax xalqının hüquqlarının müdafiəsinə qalxacaq. Azərbaycanın əsassız zorakılığına son qoyulmalıdır. Çünki Artsaxda humanitar vəziyyət pisləşir.”

Konqresmen Asbarez portalı ilə müsahibədə həmçinin ABŞ hökumətini Qarabağ ermənilərini müdafiə etmək üçün Azərbaycana qarşı daha güclü təzyiqə çağırıb.

342/