Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : “Report”
bazar ertəsi

24 aprel 2023

02:51:00
1360018

Makron: “Fransada ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq”

“Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, - deyə o qeyd edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Fransada ərzaq qiymətlərindəki artım yazın sonuna qədər davam edəcək”.

Bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

“Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, - deyə o qeyd edib.

Fransa lideri qeyd edib ki, əmək haqqının indeksləşdirilməsi işəgötürənlərin əsas rol oynamalı olduğu dialoqun mövzusuna çevrilməlidir.

“France Info” radiostansiyasının məlumatına görə, ərzaq qiymətləri fevralda 14,8% olduğu halda, mart ayında illik müqayisədə 15,9% artıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!