Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

24 aprel 2023

01:15:00
1360003

Burkina-Fasoda vəhhabi terrorçuların hücumu nəticəsində 60-a yaxın adam ölüb

Qeyd edək ki, hadisə Aorema kəndi yaxınlığında sələfi terrorçu ünsürlərinin hücumu nəticəsində 6 əsgər və 34 milisin öldürülməsindən bir həftə sonra baş verib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Burkina-Fasonun şimalında yerləşən Karma kəndinə ölkənin silahlı qüvvələrinə aid forma geymiş vəhhabi terrorçularının hücumu nəticəsində 60-a yaxın adam ölüb.

Bu barədə “France-Presse” agentliyi yerli prokurora istinadla məlumat yayıb.

Prokurorun verdiyi məlumata görə, hücum edənlər kənddən müxtəlif qiymətli əşyalar aparıblar.

Qeyd edək ki, hadisə Aorema kəndi yaxınlığında sələfi terrorçu ünsürlərinin hücumu nəticəsində 6 əsgər və 34 milisin öldürülməsindən bir həftə sonra baş verib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!