Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

20 aprel 2023

19:48:00
1359583

Lavrov: "ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib"

Sergey Lavrov: “Hazırda Moskva və Vaşinqton arasında xüsusi münasibət yoxdur.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-də etdiyi çıxışı zamanı bildirib: “Hazırda Moskva və Vaşinqton arasında xüsusi münasibət yoxdur.”

Onun sözlərinə görə, ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib.

"Hazırda bizim Amerika ilə heç bir xüsusi münasibətimiz yoxdur. Biz yalnız səfirliklərimizin fəaliyyətində yaranan problemləri və amerikalıların BMT-yə ev sahibliyi edən ölkə kimi öz hüquqlarından sui-istifadə etmələrini müzakirə edirik", - deyə Rusiya XİN başçısı vurğulayıb.





Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!