Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə axşamı

20 aprel 2023

10:30:48
1359482

Moskva ABŞ-a Rusiyada təxribatla bağlı sərt xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, ABŞ səfiri Lin Treysiyə Rusiyada "ixtilaf yaratmaq" cəhdləri ilə bağlı xəbərdarlıq edib və ona bu hərəkətlərin qarşısını alacağını açıqlayıb.

"İran Press"in məlumatına görə, Treysi Vladimir Kara-Murzaya dəstək verən təxribat xarakterli bəyanatlara görə çağırılıb.

Vladimir Kara-Murza Qərbyönümlü müxalifətçi siyasətçidir və Moskvada bir məhkəmə tərəfindən xəyanətə görə, 25 il müddətinə azadlıqdan məhrum edilib.

ABŞ, Britaniya və Kanada bazar ertəsi günü müdaxiləçi bir hərəkətdə bu qərarı pisləyib, həmçinin Rusiyada casusluqda ittiham olunan amerikalı jurnalist İvan Gerşkoviçin azadlığa buraxılmasını tələb ediblər.

"Wall Street Journal" qəzetinin Moskva ofisində işləyən Amerika vətəndaşı Gerşkoviç casusluq ittihamı ilə həbs edilib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "ABŞ səfirinə vurğulandı ki,  Amerika tərəfinin Rusiya cəmiyyətində nifaq və düşmənçilik salmaq, eləcə də təxribatçı əməlləri ört-basdır etmək üçün diplomatik missiyadan istifadə etmək məqsədi daşıyan istənilən addımı ciddi şəkildə yatırılacaq"

342/