Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi APA-ya istinadla
çərşənbə

19 aprel 2023

20:55:00
1359379

Bayden slavyan qardaşlarını bir-birinə qırdırmaq məqsədi ilə Ukraynaya 325 milyon dollarlıq yeni hərbi “yardım paketi” ayırıb

Buraya HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursat daxildir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bayden slavyan və provaslav qardaşlarını bir-birinə qırdırmaq məqsədi ilə Ukraynaya 325 milyon dollarlıq yeni hərbi “yardım paketi” ayırıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Buraya HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursat daxildir.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, yeni yardımın elanı Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyinin nümayəndələrindən gələcək.

Bu, fövqəladə vəziyyət hesab olunacaq və Konqresin razılığı olmadan mal və xidmətlərin köçürülməsinə icazə verəcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!