Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

19 aprel 2023

20:35:00
1359377

Terrorçu İsrail rejiminin XİN rəhbərinin anti-Şiə səfərləri davam edir. Kohen 29 ildən sonra Türkmənistana səfər edən ilk israilli nazir

Eli Kohen: "Mən İranla sərhəddən 17 km aralıda İsrail səfirliyini açmağa, prezident və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyə gəlmişəm...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fələstin torpaqlarını işğal etmiş terrorçu İsrail rejiminin xarici işlər naziri Eli Kohenin anti-Şiə səfərləri davam edir.

Belə ki, əliyevlər sülalə rejiminə Şiəliyə qarşı mübarizə aparmaq məqsədi ilə iki günlük səfər edən Eli Köhenin rəhbərlik etdiyi nümayəndə heyəti nəhs səfərini Türkmənistana davam etdirib.

Anti-Şiə səfərinə etiraf edən Eli Köhen verdiyi açıqlamada aşkarcasına bəyan edib:

"Mən İranla sərhəddən 17 km aralıda İsrail səfirliyini açmağa, prezident və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyə gəlmişəm.

Türkmənistanla əlaqələr təhlükəsizlik və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir və bu səfər İsrail dövlətinin bölgədəki mövqeyini gücləndirəcək".

Qeyd edək ki, Kohen 29 il sonra Türkmənistana Şiəlik əleyhinə mübarizə aparmaq məqsədi ilə səfər edən ilk terrorçu israilli naziridir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!