Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
çərşənbə

19 aprel 2023

19:30:00
1359367

Türkiyə Rusiya ilə birgə inşa edəcək ikinci AES-in danışıqlarını bu il bitirəcək

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “TRT” kanalına müsahibəsində bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Türkiyə ilə Rusiya arasında Sinopda ikinci atom elektrik stansiyasının inşasına dair danışıqların ilkin mərhələsi bu il tamamlanacaq.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “TRT” kanalına müsahibəsində bildirib.

O, 2-3 il ərzində Sinop AES-nin təməlinin qoyulacağını hesab edir.

Bundan əlavə, nazir hazırda tikintisi davam edən və 27 apreldə rəsmi olaraq AES statusu alacaq "Akkuyu"nun 9 bal gücündə zəlzələyə qarşı dayanıqlı inşa edildiyini də vurğulayıb.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!