Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

17 aprel 2023

18:51:00
1358954

Sudanda daxili müharibə nəticəsində 200-dən çox insan həyatını itirib

Toqquşmalarda 2000 nəfərin yaralandığı istisna olunmur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında davam edən müharibə nəticəsində ölənlərin sayı 200 nəfəri keçib.

Toqquşmalarda 2000 nəfərin yaralandığı istisna olunmur.

“France24“ agentliyinin məlumatına əsasən, ölkənin bəzi xəstəxanalarında yaralıların müalicəsi üçün vacib tibbi ləvazimatlar, qan, dərmanlar və s. tükənmək üzrədir.

Bir sıra əyalətlərdə hazırda toqquşmalar və atışmalar davam edir.

Getdikcə vəziyyət daha da pisləşir, tərəflər humanitar dəhlizlərin açılmasına razılıq versələr də, danışıqlara və hərbi əməliyyatların dayandırılması barədə hazır olduqlarını bəyan etmirlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!