Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
bazar

16 aprel 2023

23:00:00
1358729

Vladimir Putin Çinin müdafiə naziri ilə görüşüb - Foto

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirib.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin Rusiyada səfərdə olan Çinin Dövlət Şurasının üzvü, müdafiə naziri Li Şanfunu qəbul etdiyini söyləyib.

Qeyd edək ki, Çinin müdafiə naziri bu gün Rusiyaya səfər edib. Onun səfərinin iki gün davam edəcəyi, sabah rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparacağı bildirilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!