Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

15 aprel 2023

18:40:00
1358216

Nigeriya polisi Beynəlxalq Qüds Günü mərasimi iştirakçılarına atəş açdı. Bir şəhid və bir neçə nəfər yaralanıb

Nigeriyanın paytaxtı Abucada təhlükəsizlik qüvvələrinin Qüds günü mərasiminin iştirakçılarına atəş açması nəticəsində bir nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nigeriyanın paytaxtı Abucada təhlükəsizlik qüvvələrinin Qüds günü mərasiminin iştirakçılarına atəş açması nəticəsində bir nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Abucadan gələn videolarda Nigeriya polisinin cümə günü paytaxtda keçirilən illik Ümumdünya Qüds Günü yürüşü zamanı gizlənməyə çalışan etirazçılara gözyaşardıcı qazla atəş açması göstərilir.

Digər tərəfdən, Kaduna şəhərindəki hal şahidləri şəhərdəki toplantı iştirakçılarının polis qüvvələri tərəfindən atəşə tutulduğunu gördüklərini bildiriblər. Bununla belə, Nigeriyanın şimal-qərbindəki Kaduna şəhərindən indiyədək itkilər barədə məlumat verilməyib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!