Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

15 aprel 2023

10:57:00
1358159

Ara qarışdı, məzhəb itdi

Yenidən etiraz aksiyaları Fransanı bürüdü, Makron pensiya islahatı barədə qanun layihəsini imzaladı

Dünən Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fransa Prezidenti Emmanuel Makron pensiya islahatına dair qanununu imzalayıb.

Bu barədə sənəd şənbə günü Fransa Respublikasının rəsmi qəzetində dərc olunub.

Yeni qanuna görə, minimum pensiya yaşı 62-dən 64-ə qaldırılıb.

Qeyd edək ki, ölkəni pensiya islahatı barədə qanunun qəbuluna qarşı kütləvi etiraz dalğası bürüyüb.

Dünən Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!