Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

15 aprel 2023

10:47:00
1358153

Səudiyyəlilər sionistlərin göstərişinə yox deyə bildi. İrana səfərinə qoyulan qadağa aradan qaldırıldı

Səudiyyə Ərəbistanı vətəndaşlarının 7 illik qadağadan sonra İran İslam Respublikasına səfər etmələri və iki ölkənin səfirliklərinin yenidən açılması müəyyənləşib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, beynəlxalq sionizim səyləri puç oldu. Səudiyyəlilər İrana səfərinə qoyulan qadağanı aradan qaldırdı.

ISNA agentliyinin məlumatına görə, bildirilir ki, Səudiyyə Ərəbistanı vətəndaşlarının 7 illik qadağadan sonra İran İslam Respublikasına səfər etmələri və iki ölkənin səfirliklərinin yenidən açılması müəyyənləşib.

İran İslam Respublikasının Hava Səyahətləri və Turizm İdarəsinin Həmkarlar İttifaqının rəhbəri Səudiyyə Ərəbistanının İrİR-a birbaşa uçuşlar yaratmaq və tezliklə səfərləri bərpa etmək və asanlaşdırmaq niyyətində olduğunu açıqlayıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanının texniki nümayəndə heyəti İran İslam Respublikaında Baş Konsulluğunun açılması üçün müqəddəs Məşhəd şəhərinə səfər edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!