Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

13 aprel 2023

14:44:18
1357868

RF XİN yeni toqquşmalara münasibət bildirdi

Ermənistan-Azərbaycan sərhədindəki insident Qərbin təsirinin nəticəsidir

Aprelin 11-də Ermənistan və Azərbaycan hərbiçiləri arasında baş verən atışmadan sonra Rusiya tərəfi dərhal gərginliyin aradan qaldırılması üzrə tədbirlər görüb.

Bu barədə aprelin 12-də keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya "xarici oyunçuların müdaxiləsinin nəzərdə tutulan sülh nizamlanmasına nail olmaqdan uzaqlaşdıracağı və əlavə gərginlik yaradacağı haqqında təxminini açıqlamışdı.

Rusiyanın roluna gəlincə, “bizim səylərimiz Azərbaycan və Ermənistana bu ölkələr arasında sülh müqaviləsinin hazırlanması üzrə hərtərəfli yardımı zəiflətmir. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti mərhələsinin bizim ərazimizdə keçirilməsi haqqında təklifi qəbul ediblər. Konkret tədbirlərin tarixləri dəqiq razılaşdırıldıqdan sonra bu barədə məlumat verəcəyik”, - deyə Zaxarova vurğulayıb.

Diplomat onu da əlavə edib ki, Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib.

Ancaq M.Zaxarova danışıqların növbəti raundunun tarixini açıqlamayıb.

Qeyd edək ki, aprelin 11-də Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində tərəflər itkiyə məruz qalıb.

Azərbaycan ordusunun 3, Ermənsitan silahlı qüvvələrinin isə 4 hərbçisi həlak olub.

342/