Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

4 aprel 2023

19:15:00
1356212

Moskvada Rusiya, İran, Suriya və Türkiyə arasında məsləhətləşmələr keçirilib

Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 3-4 aprel 2023-cü il tarixlərində Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə “Sputnik” xəbər agentliyi məlumat yayıb .

Qeyd olunub ki, tərəflər xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edib, hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və aydın şəkildə ifadə edib.

Bundan əlavə, bu kontekstdə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!