Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

4 aprel 2023

18:55:00
1356202

Ərdoğanın sözçüsü: İsveç öhdəliklərini yerinə yetirsə, Türkiyə onun NATO-ya qəbulu üçün prosesi başladacaq

Ömər Çelik Finlandiyanı NATO işğalçı alyansına üzv olması münasibətilə təbrik edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İsveç terrorla mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, Türkiyə Finlandiyanın NATO-ya qəbul olmasına dair eyni prinsipial prosesi başladacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə AKP sözçüsü Ömər Çelik bildirib.

O qeyd edib ki, İsveçin terrorla mübarizəsi üçün atılacaq addımlar aydın və konkret olmalıdır.

Ömər Çelik Finlandiyanı NATO işğalçı alyansına üzv olması münasibətilə təbrik edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!