Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
çərşənbə axşamı

4 aprel 2023

14:03:57
1356176

İtaliya liqasında futbolçu oyun zamanı iftar açıb

“Fiorentina” komandasının mərakeşli futbolçusu Sofian Amrobat, komandanın “İnter”lə oyunu zamanı, həkim heyətinin meydanda olması səbəbindən yaranmış qısa fasilə zamanından istifadə edərək iftar açıb. Onun komanda yoldaşı Luka Ranierinin bu fürsəti təmin etmək üçün atdığı addım sosial mediada böyük reaksiyaya səbəb olub.

“Fiorentina” komandasının italiyalı futbolçusu Luka Ranyeri komandanın “İnter”lə qarşılaşmasında sosial şəbəkələrinin və bütün dünya futbolsevərlərinin diqqətini çəkən hərəkət edib. Çoxları onun bu hərəkətini Ramazan ayı ərzində müsəlman futbolçuların şərtlərinə diqqət yetirilməsi ilə bağlı İtaliya Futbol Federasiyasına açıq mesaj kimi qiymətləndirib.

“Fiorentina”nın italiyalı futbolçusu Luka Ranyeri Milan “İnter”i ilə oyunun son anlarında kobudluq edib və oyun dayandırıldıqdan və həkimlər meydana daxil olduqdan sonra “Fiorentina”nın mərakeşli futbolçusu Sufian Amrabat iftar etmək şansı qazanıb. Bu insident “Fiorentina” komandasının İtaliya Liqasının 28-ci turunda ev sahibi “İnter”lə oyunu zamanı baş verib.

Sosial şəbəkələrin bir çox istifadəçisi oyunun son anlarında səhlənkarlığı və oyunun gedişatını dayandırdığı üçün Ranyerinin hərəkətini tənqid etsə də, bir sıra istifadəçilər də onun bu qərarını yüksək qiymətləndirib və İtaliya liqasının rəsmilərindən müsəlman futbolçulara diqqət yetirməyi istəyiblər.

342/