Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

3 aprel 2023

15:30:00
1355863

Nigeriya ordusu əliyalın Şeyx Zəkzəki tərəfdarlarına atəş açıb. Onlarla yaralanan var – Foto

Şeyx Zəkzəkinin tərəfdarları Abucada dinc aksiya keçirərək, 2015-ci ilin dekabır ayında Nigeriya rejimi tərəfindən güllələnən Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının pasportlarının azad edilməsini tələb ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Sionizm əlaltısı olan Nigeriya rejiminin hərbi qüvvələri paytaxt Abucada Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin əliyalın tərəfdarlarının toplaşdığı yerləri atəşə tutub.

Atışma nəticəsində Şeyx Zəkzəkinin bir neçə tərəfdarı yaralanıb və müalicə olunmaq üçün Abucadakı xəstəxanalara köçürülüb.

Qeyd edək ki, Şeyx Zəkzəkinin tərəfdarları Abucada dinc aksiya keçirərək, 2015-ci ilin dekabır ayında Nigeriya rejimi tərəfindən güllələnən Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının pasportlarının azad edilməsini tələb ediblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!