Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
bazar

2 aprel 2023

14:35:17
1355615

Danimarkada Quranın yenidən təhqir edilməsi və Türkiyənin reaksiyası

Türkiyənin Xarici İşlər Nazirliyi ifratçı və anti-İslam qruplaşmasının Danimarkada Qurani-Kərimi və Türkiyə bayrağını dəfələrlə təhqir etməsini kəskin şəkildə pisləyib.

agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi martın 31-də axşam saatlarında bəyanat yayaraq, Danimarkada Qurana və bu ölkənin bayrağına qarşı nifrət dolu hücumu kəskin şəkildə pisləyib.

Bəyanatda deyilir: “Martın 24-də Danimarkada Quran və Türkiyə bayrağına qarşı həyata keçirilən və müqəddəs Ramazan ayında yenidən təkrarlanan mənfur hücumu şiddətlə qınayırıq”.

Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda bildirib: “Biz heç bir şəkildə bu mənfur hərəkətə ifadə azadlığı adı altında icazə verilməsini qəbul etmirik və bu yanaşma heç vaxt əsaslandırıla bilməz”.

Bu bəyanatda vurğulanır: “Belə əməllərin təkrarlanmasının qarşısının alınması üçün hüquqi və inzibati tədbirlərin qeyri-kafi olması, siyasi iradənin olmaması, həmçinin günahkarların cəzasız qalması yeni təxribatlara səbəb olub”.

Türkiyə Xarici İşlər Nazirliyi əlavə edib: “Bu hərəkət son zamanlar Avropada anti-islamizm, ksenofobiya, ayrı-seçkilik və irqçiliyin artdığının əyani sübutudur. Həmçinin tolerantlığa, dinc yanaşı yaşama mədəniyyətinə, demokratik dəyərlərə inananlara qarşı nifrət və hücumlar bu cür hərəkətlərə səbəb olur. Bu cür hərəkətlərə məhəl qoymamaq və görməməzlikdən gəlmək böyük axmaqlıqdır”.

Həmin bəyanatda deyilir: “Bu hərəkətdən sonra Danimarkanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin etirazı ona çatdırılıb”.

Türkiyə Xarici İşlər Nazirliyi həmçinin Danimarka hakimiyyət orqanlarından bu cinayətləri törədənlərə qarşı lazımi tədbirlərin görülməsini və bu hadisənin təkrarlanmaması üçün təsirli tədbirlərin görülməsini istəyib.