Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 mart 2023

12:27:00
1354829

Patruşev: Qərbdən Ukraynaya hərbi yardımın artmasına baxmayaraq, xüsusi əməliyyatın bəyan olunan bütün məqsədlərinə nail olunacaq

Patruşev bildirib: “ABŞ-ın Ukraynada genişmiqyaslı bioloji fəaliyyətlər aparması, Amerika elitasının bu işə qarışması barədə təkzibolunmaz sübutlar var.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib:

“Qərbdən Ukraynaya hərbi yardımın artmasına baxmayaraq, xüsusi əməliyyatın bəyan olunan bütün məqsədlərinə nail olunacaq.”

O, Rusiyanın Ukraynanın demilitarizasiyasına və denasistifikasiyasına nail olacağını, öz ərazi bütövlüyünü və əhalinin təhlükəsizliyini təmin edəcəyini söyləyib.

Patruşev bildirib: “ABŞ-ın Ukraynada genişmiqyaslı bioloji fəaliyyətlər aparması, Amerika elitasının bu işə qarışması barədə təkzibolunmaz sübutlar var.”

Patruşev nüvə müharibəsi riskindən də danışıb. Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə müharibəsinin və nüvə dövlətləri arasında hərbi qarşıdurmanın yolverilməzliyi mövqeyinə sadiqdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!