Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 mart 2023

11:16:00
1354818

Moskvada Səfərdə Olan İran İslam Respublikasının XİN-i

Əmir Abdullahian: Lavrovla razılığa gəldik ki, “3+3” formatının növbəti iclası Tehranda keçirilsin

İran İslam Respublikasının XİN başçısı rəsmi Tehranın regionda geosiyasi vəziyyətlə bağlı dəyişiklikləri inkar etdiyini bəyan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Moskvada işgüzar səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullaihan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib:

“Hesab edirik ki, Cənubi Qafqaz regionunda gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir.”

Cənab Abdullahian, Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini söyləyib:

“Hesab edirik ki, burada sülh və sabitliyə doğru hərəkət etmək lazımdır. Regionda geosiyasi vəziyyəti dəyişmək üçün xarici müdaxilə və səylər daha da gərginləşdirici faktordur. Ona görə də hesab edirəm ki, biz “3+3” əməkdaşlıq mexanizmi ilə, eləcə də mövcud mexanizmlər vasitəsi ilə hərəkət etməliyik. Məlum regionda məsələləri nizamlamaq üçün güc tətbiqinə qaçmamalıyıq. Mən və həmkarım Lavrov hesab edirik ki, “3+3” əməkdaşlıq formatının növbəti iclası Tehranda keçirilsin. Bununla bağlı bizim ümumi mövqeyimiz var. Hesab edirik ki, bu, məsələlərin nizamlanmasına kömək edəcək”.

İran İslam Respublikasının XİN başçısı rəsmi Tehranın regionda geosiyasi vəziyyətlə bağlı dəyişiklikləri inkar etdiyini bəyan edib.

“Hesab edirik ki, dialoq və siyasi nizamlanma yolu ilə hərəkət etmək lazımdır. Bütün tərəflər bu yolu istifadə etməlidir. Bu regionda təhlükəsizlik digər məsələlərlə qarşılıqlı əlaqəlidir. Hesab edirik ki, regionun iqtisadi imkanlarının çiçəklənməsi məqsədi ilə möhkəm sülhə və inklüziv təhlükəsizliyə doğru hərəkət etmək lazımdır”, - İran XİN başçısı əlavə edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!