Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 mart 2023

10:52:00
1354815

Lavrov əliyev rejiminin İsraillə birgə İrana qarşı müharibə aprmaq arzusuna işarə edərək: Ümid edirik ki, Bakı-Tehran münasibətlərində çat müvəqqəti xarakter daşıyır

Sergey Lavrov: “Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında əliyevlər sülalə rejiminin işğalçı İsrail rejimilə birgə İrana qarşı müharibə aprmaq arzusuna işarə edərək deyib:

“Ümid edirik ki, Bakı-Tehran münasibətlərində çat müvəqqəti xarakter daşıyır.”

Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə aradan qalxacağını söyləyib.

“Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - deyə Sergey Lavrov bildirib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!