İsaak Hersoq cinayətkar əliyevlər sülalə rejiminin qondarma İsrail rejimindəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə sülalə hakimi İlham Əliyevi təbrik edib.

26 mart 2023 - 19:30

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, həm daxildə həm də xaricdə təcrid olunmaqda olan qanunsuz cühüd rejimi, əliyevlər sülaləsini oyuna salaraq bu sülalə rejiminin yəhudilər tərəfindən işğal olunmuş Fələstin torpaqlarında səfirliyinin açdırmasına nail oldular.

Belə ki, əliyevlər sülalə rejiminin qondarma İsrail rejimindəki səfiri bu gün etimadnaməsini qaniçən İsrail rejiminin uydurma səfirinə təqdim edib.

Bu münasibətlə də uşaq qatili olan İsrail rejiminin qondarma  prezidenti İsaak Hersoq əliyevlər sülalə rejiminin hakimi İlham Əliyevi təbrik edib.

İsaak Hersoq bu barədə Twitter-də paylaşım edib.

O bildirib ki, cinayətkar əliyevlər sülalə rejiminin qondarma İsrail rejimindəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə sülalə hakimi İlham Əliyevi təbrik edir:

“Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!