Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

15 mart 2023

17:50:00
1352381

Moskvada səfərdə olan Bəşşar Əsədlə Vladimir Putinin görüşü üç saat davam edib

Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşşər Əsəd arasında keçirilən görüş üç saat davam edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.

Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!