Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

4 mart 2023

20:16:47
1350573

Vardanyan Əliyevə meydan oxudu

“Artsaxda fəaliyyətimi davam etdirəcəyəm”

Qarabağda vəzifəsindən yenicə azad edilmiş milyarder Ruben Vardanyan Əliyevə meydan oxumaqda davam edir.

Bu barədə keçmiş dırnaqarası dövlət naziri Ruben Vardanyan “Facebook” səhifəsində yazıb: “Mən Artsaxda fəaliyyətimi dayandırmayacağam, həm də ərazi agentliyimiz vasitəsilə layihələr həyata keçirməyə davam edəcəyəm. Məqsədim dəyişməz olaraq qalır. Təhlükəsiz, azad, layiqli, erməni Artsaxa sahib olmaq üçün hər şeyi edəcəyəm. Bu məqsədlə mübarizəmizi davam etdirməliyik”.

Separatçı milyarder etibarlı təhlükəsizlik və müdafiə sisteminin, o cümlədən mülki müdafiə sisteminin yaradılmasına söz verib.

“Qarşımızda duran problemlər koordinasiyalı işi və bütün qüvvələrin cəmləşməsini tələb edir, erməni dünyasının potensialını cəlb etməklə bütün özəl və dövlət resurslarını birləşdirmək lazımdır”, - deyə Vardanyan vurğulayıb.

Qeyd edək ki, rəsmi Bakı Vardanyanın bütövlükdə Qarabağı tərk etməsini istəsə də, o bundan imtina edib və Əliyevin əsəbini tarıma çəkir.

342/