Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

1 mart 2023

20:10:00
1349831

Rusiyanın yardımı ilə Çin yaxın illərdə nüvə başlıqlarının ehtiyatını dörd dəfə artıracaq!

Bu barədə Bloomberg-in 1 mart tarixli materialında deyilir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Pentaqon ehtiyat edir ki, Kremlin köməyi sayəsində 2035-ci ilə qədər Çinin nüvə arsenalı Rusiya və ABŞ-la döyüş başlıqlarının sayına bərabər olacaq.

ABŞ Müdafiə Nazirliyi Tayvandan 220 km məsafədə Çanqbiao adasında yerləşən CFR-600 sürətli neytron reaktorunu işə salmaq üçün Rusiya nüvə yanacağının Çinə tədarükündən narahatdır.

ABŞ kəşfiyyatının proqnozlarına görə, Rusiya nüvə yanacağının Çinə tədarükündən sonra CFR-600 silah dərəcəli plutonium istehsal edəcək və bu, Pekinə qarşıdakı 12 il ərzində döyüş başlıqları ehtiyatını dörd dəfə artırmağa kömək edəcək.

Bu barədə Bloomberg-in 1 mart tarixli materialında deyilir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!